Dünya çempionatının yekunları: Azərbaycan millisi 45 xalla "30-luq"da - TƏHLİL

Dünya çempionatının yekunları: Azərbaycan millisi 45 xalla "30-luq"da - TƏHLİL Kişilər 30, qadınılar 15 xal toplayıb
Fərdi
19 May , 2015 11:12
Dünya çempionatının yekunları: Azərbaycan millisi 45 xalla 30-luqda - TƏHLİL

Bakı. 19 may. REPORT.AZ/Rusiyanın Çelyabinsk şəhərində taekvondo üzrə dünya çempionatına yekun vurulub. "Report"un məlumatına görə, yarışa 12 tatami ustası ilə qatılan Azərbaycan milli komandası bir qızıl medal qazanıb.

Həmin medala 87 kq çəki dərəcəsində Radik İsayev sahib olub. İsayev bu nəticə ilə aktivinə 14 reytinq xalı yazdırıb.

Kişilərin mübarizəsində iştirak etmiş 5 taekvondoçu üst-üstə 30 xal toplayıb. Dünya çempionundan əlavə, Məhəmməd Məmmədov (58 kq) və Ayxan Tağızadə (68 kq) hərəyə 5, Mikayıl Əliyev (54 kq) 4, İlkin Şahbazov (74 kq) 2 xalla kifayətlənib. Bu nəticə ilə Azərbaycan millisi kişilərin mübarizəsində ümumi komanda hesabında İran (65 xal), Rusiya (50 xal), Özbəkistan (43 xal), Cənubi Koreya (42 xal), İspaniya (34 xal), WTF yığması və Türkiyədən (hərəyə 33 xal) sonra 8-ci yeri tutub.

Qadınların yarışına isə Azərbaycanın 7 taekvondoçusu qatılsa da, onlar üst-üstə cəmi 15 xal toplaya biliblər. Ceren Özbek (49 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (73 kq) hərəyə 3, Lazara Karidad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq) və Darya Şkurko (62 kq) hərəyə 2 xal yığıb. Bu nəticə ilə qadınlardan ibarət yığma komanda 23-cü olub.

Ümumiyyətlə, dünya çempionatında 16 dəst medal cəmi 30 ölkə arasında bölüşdürülüb: Rusiya (7), İran, Cənubi Koreya (hərəyə 5), İspaniya (4), Türkiyə (4), Özbəkistan (3), Taypey (3), Böyük Britaniya (3), Çin (3), WTF yığması (2), Kuba (2), ABŞ (2), Xorvatiya (2), Braziliya (2), Tailand (2), Meksika (1), Kot d İvuar (1), Almaniya (1), Moldova (1), Mali (1), Qabon (1), Fransa (1), Ukrayna (1), Serbiya (1), Yaponiya (1), Yunanıstan (1), Kolumbiya (1), Macarıstan (1), Belarus (1), AZƏRBAYCAN (1)

O cümlədən, 

Qadınlar:

Qızıl: Cənubi Koreya (3), Tailand, Yaponiya, Türkiyə, Taypey, Böyük Britaniya

Gümüş: Çin (2), İspaniya (2), Ukrayna, Taypey, Türkiyə, Fransa

Bürünc: ABŞ (2), Rusiya (2), Xorvatiya (2), Braziliya, Taypey, Serbiya, Yunanıstan, Macarıstan, İran, Böyük Britaniya, Belarus, Kolumbiya, Türkiyə

Kişilər

Qızıl: İran (3), WTF yığması, Cənubi Koreya, Türkiyə, Özbəkistan, AZƏRBAYCAN

Gümüş: Özbəkistan (2), Rusiya (2), WTF yığması, İspaniya, Böyük Britaniya, Kot d İvuar

Bürünc: Rusiya (3), Kuba (2), Tailand, Braziliya, Çin, İran, Meksika, Cənubi Koreya, İspaniya, Mali, Moldova, Almaniya, Qabon 

Son xəbərlər

Orphus sistemi