Dünya çempionatı: Daha iki cüdoçumuz yarışı medalsız bitirdi

Dünya çempionatı: Daha iki cüdoçumuz yarışı medalsız bitirdi Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını medalsız başa vurub.
Fərdi
9 İyun , 2021 15:02
Dünya çempionatı: Daha iki cüdoçumuz yarışı medalsız bitirdi

Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını medalsız başa vurub.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Zelim Tkçayev 1/64 finalda Terense Kouamba (Qabon), ardınca isə Fetra Ratsimizivanı (Madaqasqar) mübarizədən kənarlaşdırsa da, Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzub.

Eyni çəkidəki Murat Fətiyev 1/32 finalda Elliot Konnoliyə (Yeni Zelandiya) qalib gəlsə də, növbəti raundda İvaylo İvanovla (Bolqarıstan) bacarmayıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.

Son xəbərlər

Orphus sistemi