Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində rəqib yaponiyalı dördqat dünya çempionu Soiçi Haşimoto olub. Qarşılaşmadan məğlubiyyətlə ayrılan Heydərov çempionatı 5-ci pillədə başa vurub.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub.
Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Macarıstan təmsilçisi Mikloş Ungvari ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Heydərov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Ardıcıl olaraq Ayton Siquir (Mozambik), Yakub Jeçminek (Çexiya) və Covanni Espozitonu (İtaliya) mübarizədən kənarlaşdıran cüdoçu Bilal Çiloğluya (Türkiyə) uduzub.
Eyni çəkidəki Nurlan Osmanov 1/32 final mərhələsində Tommi Masias (İsveç) ilə dueldən məğlub ayrılıb.
Heydərov bürünc medal uğrunda görüşdə Yaponiya təmsilçisi Soiçi Haşimoto ilə qarşılaşacaq
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 7-cidir.