Dünya çempionatı: Azərbaycanın yunan-Roma və qadın güləşi üzrə yığmalarının heyəti açıqlanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma və qadın güləşi üzrə yığmalarının heyəti açıqlanıb Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.
Fərdi
26 Oktyabr , 2021 17:24
Dünya çempionatı: Azərbaycanın yunan-Roma və qadın güləşi üzrə yığmalarının heyəti açıqlanıb

Noyabrın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək 23 yaşadək güləşçilərin dünya çempionatı üçün Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, yunan-Roma güləşi üzrə yığma yarışa 7 güləşçi ilə qatılacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (+130 kq) Serbiyada xalça üzərinə çıxacaq.

Qadınlar güləşçilərdən ibarət heyətdə isə Şəhanə Nəzərova (50 kq), Tanya Varantsova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) yer alıb. Onlar məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun tapşırıqlarını icra edəcək.

Hazırda Dağıstanın Xasavyurt şəhərində təlim-məşq toplanışı keçən sərbəst güləş üzrə millinin heyəti yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, noyabrın 7-dək davam edəcək dünya çempionatında beynəlxalq dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyacaq.

Son xəbərlər

Orphus sistemi