Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
97 kq-dakı İslam İlyasov isə Aleksandr Xuştinlə (Belarus) güləşəcək.
70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)
97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus)
Bu gün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus) duelinin güclüsü ilə qarşılaşacaq. Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da, medal mübarizələri isə saat 20:00-da start götürəcək.
92 kq
Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus)
Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.