Dünya çempionatı: Azərbaycanın son fiqurlu konkisürəni 16-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın son fiqurlu konkisürəni 16-cı yeri tutub Azərbaycan fiqurlu konkisürənləri Fransanın Monpelye şəhərindəki dünya çempionatında çıxışlarını başa vurublar.
Fərdi
27 Mart , 2022 09:40
Dünya çempionatı: Azərbaycanın son fiqurlu konkisürəni 16-cı yeri tutub

Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası Fransanın Monpelye şəhərindəki dünya çempionatında çıxışını başa vurub.

"Report"un məlumatına görə, milli komanda üzvlərindən Vladimir Litvintsev martın 26-da sərbəst proqram üzrə son çıxışını edib.

O, öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə Litvintsev 13-cü yerə sahib olmuşdu.

Xatırladaq ki, Azərbaycanı dünya çempionatında 4 fiqurlu konkisürən - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski təmsil edib. Ryabova ilk qısa proqramda 9-cu yeri tutub. Sərbəst proqramda o, 10-cu olsa da, ümumi xal hesabında 9-cu yerlə kifayətlənib.

Kolosovski və Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.

Dünya çempionatına bu gün yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi