Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib Azərbaycanın daha 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.
Fərdi
378
6 Noyabr , 2021 22:18
Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report" xəbər verir ki, 92 kq-da mübarizə aparan idmançı finala gedən yolda iranlı Əmirhüseyn Firuzpurbandpeylə qarşılaşıb.

Rəqibinə 10:7 hesabı ilə qalib gələn Nurməhəmmədov həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda rusiyalı Azamat Zakuyevlə görüşəcək.

18:18

Azərbaycanın daha 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 6-cı yarış günündə İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) qüvvəsini sınayıb. Abubakr Abakarov (86 kq) səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.

Vəlizadə ilk görüşündə Fransa təmsilçisi Arman Eloyana uduzub. Bayramov təsnifatda ukraynalı Vadim Kirilenkoya qalib gəlsə də, 1/8 finalda rusiyalı Çermen Valiyevlə bacarmayıb.

Nurməhəmmədov isə ardıcıl olaraq moldovalı Andrian Qrosul və almaniyalı Yohannes Mayer ilə dueldən qalib ayrılaraq, yarımfinala yüksəlib.

Son xəbərlər

Orphus sistemi