Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında sərbəst güləşçilərin yarışında bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, yarışda iştirak edəcək Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.
57 kq
Təsnifat: Əliabbas Rzazadə - Niklas Steşele (Almaniya)
61 kq
Təsnifat: İntiqam Vəlizadə - Arman Eloyan (Fransa)
65 kq
Təsnifat: Zirəddin Bayramov - Süleyman Karqbo (Sierra Leone)
70 kq
Təsnifat: Murad Yevloyev - Denis Borohan (Ukrayna)
74 kq
Təsnifat: Turan Bayramov - Vadim Kirilenko (Ukrayna)
79 kq
Təsnifat: Əşrəf Aşırov - Batzul Damjin (Monqolustan)
86 kq
Təsnifat: Abubakr Abakarov - Səccad Qulami (İran)
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Andrian Qrosul (Moldova)
97 kq
1/8 final: İslam İlyasov - Şamil Hacıəliyev (Rusiya)
Qeyd edək ki, noyabrın 5-də Rzazadə, Bayramov, Yevloyev, Aşırov və İlyasov yarışa start verəcək. Bir gün sonra isə Vəlizadə, Bayramov, Abakarov və Nurəhmədov mübarizəyə qoşulacaq.