Azərbaycanın 2 qadın güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycanın 2 qadın güləşçisi dünya çempionatı ilə vidalaşıb Azərbaycanın qadın güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.
Fərdi
3 Noyabr , 2021 20:02
Azərbaycanın 2 qadın güləşçisi dünya çempionatı ilə vidalaşıb
0 : 00
0 : 00

Azərbaycanın qadın güləşçiləri Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, idmançıların məğlub olduqları rəqiblər finala vəsiqə qazana bilmədiyindən onlar təsəlliverici görüşlərə qatılmaq şansını itiriblər.

Qeyd edək ki, Nəzərova təsnifat mərhələsində Çin Taypeyindən olan Yunq Linə, Məmmədova isə 1/4 finalda türkiyəli Eda Tekinə uduzub.

15:47

Azərbaycanın qadın güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova ilk görüşdə ilk Yunq Linə (Çin Taypeyi), Elnurə Məmmədova (55 kq) isə Eda Tekinə (Türkiyə) məğlub olub.

Azərbaycan təmsilçilərinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici görüşlərə qatılacaqlar.

Yarışın növbəti günündə isə Tatyana Varansova (53 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu gün iki yunan-Roma güləşçisi müdal görüşlərinə çıxacaq. Həsrət Cəfərov (67 kq) finalda İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə üz-üzə gələcək. Ülvi Qənizadə (72 kq) isə bürünc medal uğrunda Rezayinin həmyerlisi Amir Abdi ilə güləşəcək.

Son xəbərlər

Orphus sistemi