Dünya çempionatı: Azərbaycan güləşçisi finalda erməniyə rəqib olub

Dünya çempionatı: Azərbaycan güləşçisi finalda erməniyə rəqib olub Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Fərdi
21 Avqust , 2021 16:15
Dünya çempionatı: Azərbaycan güləşçisi finalda erməniyə rəqib olub

Azərbaycanın iki yunan-Roma güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov Fransa təmsilçisi Qagik Snjoyanı məğlubiyyətə uğradaraq finala yüksəlib. O, sabah qızıl medal uğrunda görüşdə Ermənistan güləşçisi Sahak Hovnannisyanla üz-üzə gələcək.

60 kq-da yarışan Nihat Məmmədli isə finala gedən yolda Dinislam Bammatovun (Rusiya) müqavimətini qıra bilməyib. Gənc pəhləvan bürünc medal uğrunda görüşdə Əhməd Baqduda (Misir)/Şerməhəmməd Şaribcanov (Özbəkistan) cütünün qalibi ilə qarşılaşacaq.

Xasay Həsənli (72 kq) isə rəqibi finala çıxdığı üçün təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Andrey Kavalevski (Belarus) olacaq.

14:10

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

"Report"un məlumatına görə, altıncı yarış günündə Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli Vikas Vikas (Hindistan) və Firuz Mirzərəcəbova (Tacikistan) qalib gələrək yarımfinala yüksəlib. Həsrət Cəfərov (67 kq) Nestori Mannila (Finlandiya), Luka Oçiqava (Gürcüstan) və Muslim İmadayevə (Rusiya) gücünü göstərərək yarımfinala adlayıb.

Məmmədli finala gedən yolda Dinislam Bammatovla (Rusiya), Cəfərov Qagik Snjoyanla (Fransa) üz-üzə gələcək.

72 kq-dakı Xasay Həsənli Mixael Portmanı (İsveçrə) məğlub etsə də, Giorgi Çixikvadze (Gürcüstan) ilə bacarmayıb. Murad Əhmədəliyev (82 kq) isə ilk görüşdə Saba Mamaladzeyə (Gürcüstan) uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi