Dünya çempionatı: Azərbaycanın daha üç cüdoçusu bu gün yarışacaq
Fərdi
- 07 oktyabr, 2023
- 06:22
Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
“Report”un məlumatına görə, yarışın dördüncü günündə iki qadın, bir kişi idmançımız tatamiyə çıxacaq.
Ramazan Əhmədov +100 kq çəki dərəcəsində gücünü sınayacaq. O, 1/16 finalda tacikistanlı İbrohimjon Elmurodovla qarşılaşacaq.
Nərmin Əmirli və Nigar Süleymanova da eyni raundda turnirə start verəcəklər. Əmirli 78 kq çəkidə misirli Aya Qaballa ilə, N.Süleymanova isə +78 kq-da xorvatiyalı Marselina Vranyeslə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal əldə ediblər.
Son xəbərlər
12:40
Kamran Musayev: İl ərzində meyit donordan ürək transplantasiyaları planlaşdırılır
Digər12:39
KİV: "Mançester Siti"nin qapıçısı klubdan ayrılacaq
Futbol12:37
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək
Ekologiya12:31
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanılıb
Hadisə12:27
Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib
İnfrastruktur12:20
Azərbaycanda manatla geniş pul kütləsi 10 %-dən çox artıb
Maliyyə11:58
Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: İnsanları donor olmağa çağırıram
Sağlamlıq11:56
Foto
Milli Məclisdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub
Xarici siyasət11:52