Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb, Həsrət Cəfərov yarımfinalda uduzub - Yenilənib-2
- 26 oktyabr, 2026
- 16:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazana bilməyib.
"Report"un məlumatına görə, idmançı yarımfinalda Səid Esmaeili (İran) ilə dueldən məğlub ayrılıb.
O, sabah üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Daha əvvəl Nihat Məmmədli (63 kq) finala vəsiqə qazanıb.
Bundan əlavə, İslam Abbasov (87 kq) sabah təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun 1/8 finalda uduzduğu rəqib finala yüksəldiyinə görə milli üzvü bu şansı qazanıb.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb
"Report"un məlumatına görə, idmançı yarımfinalda Sergey Yemelinlə (Rusiya) dueldən qalib ayrılıb.
O, sabah qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.
Bu gün Həsrət Cəfərov (67 kq) yarımfinalda Səid Esmaeili (İran) ilə görüşəcək.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) bu raunda yüksəliblər.
N.Məmmədli 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadidən üstün olub. Onun yarımfinaldakı rəqibi Sergey Yemelin (Rusiya) olacaq.
H.Cəfərov eyni raundda Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edib. O, yarımfinalda Səid Esmaeili (İran) ilə qarşılaşacaq.
İslam Abbasov (87 kq) isə 1/8 finalda məğlub olub.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.