Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatını medalsız başa vurub.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Çristian Parlatiyə (İtaliya) qızıl xal bölümündə məğlub olub.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 13-də yekun vurulacaq.
Azərbaycanın daha bir cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Çristian Parlati (İtaliya) / Aleksander Knauf (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 13-də yekun vurulacaq.