Bu gün Azərbaycanın daha beş yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, oğlanlarda 60 kq çəki dərəcəsində Məhəmməd Musayev, 66 kq-da isə Əbil Yusubov və Cəsur İbadlı tatamiyə çıxacaq.
Qızlarda isə 48 kq-da Vüsalə Hacıyeva ilə 52 kq-da Xədicə Qədəşova qüvvəsini sınayacaq.
60 kq
Məhəmməd Musayev - Amsar Camaldinov (Belçika) - Rozga Rozqa (Xorvatiya) cütünün qalibi
66 kq
Əbil Yusubov - Mişiqtoqo Tsedendamba (Monqolustan) - Razmik Qaltsyan (Ermənistan) cütünün qalibi
Cəsur İbadlı - Aqustin Ledesma (Paraqvay)
48 kq
Vüsalə Hacıyeva - Malek Othmeni (Tunis) - Klaudia Pla Belmonte (İspaniya) cütünün qalibi
52 kq
Xədicə Qədəşova - Mina Qaciç (Serbiya)
Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələnib.