Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayacaq.
"Report"un məlumatına göərə, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov təsnifat mərhələsində Kriştian Keçkemeti (Macarıstan) ilə üz-üzə gələcək.
Murad Lokyayev (97 kq) 1/16 finalda Pontus Lundla (İsveç), Beka Kandelaki (130 kq) isə Stepan Davidlə (Çexiya) güləşəcək.
60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)
97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç)
130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya)
Bu gün həmçinin digər yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) mundialda final görüşünə, Eldəniz Əzizli (55 kq) isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Əzizli Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə) cütünün qalibi ilə, Süleymanov Roman Vlasovla (Rusiya), Hüseynov isə Burhan Akbudakla (Türkiyə) güləşəcək.
55 kq
Bürünc medal görüşü: Eldəniz Əzizli - Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə)
77 kq
Final: Sənan Süleymanov - Roman Vlasov (Rusiya)
82 kq
Final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə)
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:30-da, medal mücadələləri isə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.