Dünya çempionatı: Azərbaycanın 4 güləşçisinin rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisinin rəqibləri bəlli olub Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın sonuncu sərbəst güləşçilərinin ilk rəqibləri bəlli olub.
Fərdi
105
20 Sentyabr , 2019 14:30
Dünya çempionatı: Azərbaycanın 4 güləşçisinin rəqibləri bəlli olub
Cəbrayıl Həsənov / Report

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın sonuncu sərbəst güləşçilərinin ilk rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, 61 kq çəkidə Əhmədnəbi Qvarzatilov 1/8 finalda kubalı Bonne Rodriqeslə, 79 kq çəkidə Cəbrayıl Həsənov isə eyni mərhələdə Piotr Sokalski (Polşa) - Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi ilə güləşəcək.

86 kq çəkidə yarışan Aleksandr Qostiyev özbəkistanlı Cəbrayıl Şaiyevlə üz-üzə gələcək. 97 kq-da Şərif Şərifov Cənubu Koreya təmsilçisi Seo Minvonla qarşılaşacaq. Hər ikisi təsnifat mərhələsindən mübarizəyə start verəcək.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi