Dünya çempionatı: Azərbaycanın 2 yunan-Roma güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın 2 yunan-Roma güləşçisi finala yüksəlib Azərbaycanın iki yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinala yüksəlib.
Fərdi
7 Oktyabr , 2021 19:35
Dünya çempionatı: Azərbaycanın 2 yunan-Roma güləşçisi finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 82 kq-da yarışan idmançı finala vəsiqə uğrunda rusiyalı Adlan Akiyevlə üz-üzə gəlib.

Qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılan Tokio olimpiadasının bürünc medalçısı həlledici raunda yüksəlib. Hüseynov finalda türkiyəli Burhan Akbudakla qüvvəsini sınayacaq.

19:23

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Norveçin paytaxtı Oslodakı dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 77 kq-da çıxış edən idmançı yarımfinalda belaruslu Timur Berdıyevə 5:4 hesabı ilə qalib gəlib.

Onun həlledici qarşılaşmadakı rəqibi Rusiya təmsilçisi Roman Vlasov olacaq.

18:57

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda yaponiyalı Ken Matsui ilə qarşılaşıb.

Rəqibinə 1:10 hesabı ilə uduzan Əzizli bürünc medal uğrunda mübarizə aparacaq.

72 kq-dakı Ülvü Qənizadənin 1/4 finalda uduzduğu iranlı Məhəmməd Muxtari finala çıxa bilmədiyindən Azərbaycan güləşçisi təsəlliverici görüşlərə qatılmaq şansını itirib.

16:01

Azərbaycanın üç yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli ardıcıl olaraq Koriun Sahradian (Ukrayna) və Sardarbek Konuşbayevi (Qırğızıstan) məğlub edib. O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə üz-üzə gələcək.

77 kq çəkidəki Sənan Süleymanov Kayratbek Tuqolbayev (Qırğızıstan), Daler Rzazadə (Tacikistan) və Roland Şvartsa (Almaniya) qalib gəlib. O, yarımfinalda Timur Berdıyev (Belarus) ilə görüşəcək.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 82 kq çəkidəki Rafiq Hüseynov isə Ranet Kaljola (Estoniya), Kalidin Asikayev (Qırğızıstan) və Aleks Kessidisə (İsveç) qalib gələrək adını yarımfinala yazdırıb və Adlan Akiyevə (Rusiya) rəqib olub. O, dünya ikincisi Kessidislə görüşdə 0:6 hesabıyla geridə olsa da, ikinci hissədə geridönüş edərək 7:6 hesabıyla qalib gəlib.

72 kq çəkidəki Ülvü Qənizadə isə İdris İbayev (Almaniya) və Şmaqi Bolkvadzedən (Gürcüstan) güclü olsa da, Məhəmməd Muxtari (İran) ilə bacarmayıb.

Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.

Son xəbərlər

Orphus sistemi