Dünya çempionatı: Azərbaycan üzgüçüsü 56 idmançı arasında 53-cü olub

Dünya çempionatı: Azərbaycan üzgüçüsü 56 idmançı arasında 53-cü olub Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib.
Fərdi
16 Dekabr , 2021 11:52
Dünya çempionatı: Azərbaycan üzgüçüsü 56 idmançı arasında 53-cü olub

Azərbaycan üzgüçüləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında bugünkü çıxışlarını başa vurublar.

"Report"un məlumatına görə, Rəşad Alquliyev 100 metr məsafəyə arxasıüstə üzmədə 58,96 saniyə nəticə göstərib.

Birinci qrupda 6 idmançı arasında 3-cü olan Alquliyev ümumi sıralamada 56 idmançı arasında 53-cü yeri tutub və yarımfinala vəsiqə qazana bilməyib.

Ramil Vəlizadə isə 200 mert məsafəni butterflay üsulu ilə 1 dəqiqə 59,74 saniyəyə qət edib. Öz qrupunda 10 idmançı arasında 9-cu olan Vəlizadə 42 üzgüçü arasında 30-cu yerlə kifayətlənib və final şansını itirib.

Qeyd edək ki, dünya çempionatı dekabrın 21-də başa çatacaq.

10:37

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib.

"Report"un məlumatına görə, Azərbaycan yarışda 4 idmançı ilə təmsil olunur.

Bunlar Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəxangahdır.

Vəlizadə, Alquliyev və Alkərəmova bu gün, Şeyxəlizadəxangah isə dekabrın 18-də mübarizəyə başlayacaq.

Artıq Alkərəmova mundialda mübarizəyə start verib. O, 200 metr məsafəyə sərbəst üsulla üzmədə 2 dəqiqə 7,65 saniyə nəticə göstərib. Ümumi sıralamada 50 idmançı arasında 39-cu pillədə qərarlaşan üzgüçü finala yüksələ bilməyib. Alkərəmova 400 metr sərbəst üsulla üzmədə də qüvvəsini sınayacaq.

Vəlizadə 100 və 200 metr butterflay üsulu ilə üzmədə, Alquliyev 100 metr arxasıüstə və 400 metr qarışıq üzmə yarışında yer alacaq.

Şeyxəlizadəxangah isə 50 və 100 metr məsafəni butterflay üsulu ilə qət etməyə çalışacaq.

Qeyd edək ki, dünya çempionatı dekabrın 21-də başa çatacaq. Alquliyev bu gün 100 metr məsafədə arxasıüstə üzmədə, Vəlizadə isə 200 mert məsafəyə butterfly üsulu isə üzmə yarışında qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi