Dünya çempionatı: Azərbaycan samboçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan samboçularının ilk rəqibləri bəlli olub Noyabrın 12-də Özbəkistanın paytaxtı Daşkənddə sambo üzrə dünya çempionatı start götürəcək.
Fərdi
12 Noyabr , 2021 02:45
Dünya çempionatı: Azərbaycan samboçularının ilk rəqibləri bəlli olub

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə sambo üzrə dünya çempionatı start götürəcək.

"Report"un məlumatına görə, artıq bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, yarışda iştirak edəcək Azərbaycan samboçularının da ilk rəqibləri bəlli olub.

58 kq

1/8 final: Eyvaz Baxşıyev - Azat Amanbekov (Qırğızıstan)

64 kq

1/8 final: Mirfəttah Seyidəliyev - Erdenemiqmar Bekje (Monqolustan)

71 kq

1/8 final: Kamran Əsgərov - Yevgeni Sayapin (Belarus) / Kakageldi Yengebayev cütünün qalibi

79 kq

1/8 final: Abdulla Abdullayev - Uali Kurjyev (Rusiya)

88 kq

1/8 final: Ceyhun Hüseynov - Sadu Abubakar (Niger) / Tsimafey Yemelyanov (Belarus)

İlk yarış günündə Baxşıyevlə Seyidəliyev qüvvəsini sınayacaq. Digər 3 samboçu isə noyabrın 13-də mübarizəyə qoşulacaq.

Qeyd edək ki, ümumi mükafat fondu 231 000 ABŞ dolları olan dünya çempionatı noyabrın 14-dək davam edəcək. Qaliblər 4 000 ABŞ dolları, 2-ci yeri tutanlar 3 000 dollar, 3-cü yerin sahibləri isə 2 000 dollar qazanacaq. Yarışda 50 ölkə mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi