Dünya çempionatı: Azərbaycan para-taekvondoçusu bürünc medal qazanıb

Dünya çempionatı: Azərbaycan para-taekvondoçusu bürünc medal qazanıb Azərbaycan para-taekvondoçusu Sabir Zeynalov Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Fərdi
12 Dekabr , 2021 10:57
Dünya çempionatı: Azərbaycan para-taekvondoçusu bürünc medal qazanıb

Azərbaycan para-taekvondoçusu Sabir Zeynalov Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, K-44 seriyası üzrə 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk rəqibi, Tokio-2020 Yay Paralimpya Oyunlarının gümüş mükafatçısı, misirli Əhməd Yasirə (23:12), ardınca rusiyalı Vasili Vigilianskiyə (28:14), daha sonra braziliya təmsilçisi Fabrisio Manquez De Souzaya (32:1) qalib gələrək yarımfinala adlayıb.

Həlledici döyüşə vəsiqə uğrunda görüşdə türkiyəli Əli Özcana məğlub olan Zeynalov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Son xəbərlər

Orphus sistemi