İrina Zaretska dünya çempionu olub, Asiman Qurbanlı bürünc medal qazanıb

İrina Zaretska dünya çempionu olub, Asiman Qurbanlı bürünc medal qazanıb Azərbaycan karateçisi Asiman Qurbanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medal qazanıb.
Fərdi
20 Noyabr , 2021 17:30
İrina Zaretska dünya çempionu olub, Asiman Qurbanlı bürünc medal qazanıb

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında final görüşünü keçirib.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançının rəqibi italiyalı Silvia Semeraro olub.

Qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.

11:52

Azərbaycan karateçisi Asiman Qurbanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.

Qeyd edək ki, bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl medal uğrunda yarışacaq. O, italiyalı Silvia Semeraro ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi