Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Polşa təmsilçisi Məhəmmədmurad Hacıyevlə qarşılaşıb.
Rəqibinə 2:4 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda güləşəcək.
97 kq-dakı İslam İlyasov isə yarışı medalsız başa vurub. Buna onun 1/8 finalda uduzduğu belaruslu Aleksandr Xuştinin finala çıxa bilməməsi səbəb olub.
Azərbaycanın son iki sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırova (Bəhreyn) qalib gəlib. O, 1/4 finalda Ceyms Qrini (ABŞ) də məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bayramov finala gedən yolda Məhəmmədmurad Hacıyev (Polşa) ilə üz-üzə gələcək.
97 kq-dakı İslam İlyasov 1/8 final mərhələsində Aleksandr Xuştinlə (Belarus) bacarmayıb. Xuştin finala çıxsa, İlyasov sabah təsəlliverici görüşlərə qatılacaq.
Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Bu gün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Omarhacı Məhəmmədovla (Belarus) qarşılaşacaq. Medal mübarizələri Bakı vaxtı ilə saat 20:00-da start başlanacaq.
Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.