Dünya çempionatı: Azərbaycanın üç boksçusu 1/4 finala yüksəlib, biri mübarizəni dayandırıb

Dünya çempionatı: Azərbaycanın üç boksçusu 1/4 finala yüksəlib, biri mübarizəni dayandırıb Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünü keçirib
Fərdi
31 Oktyabr , 2021 23:05
Dünya çempionatı: Azərbaycanın üç boksçusu 1/4 finala yüksəlib, biri mübarizəni dayandırıb

Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünü keçirib.

"Report"un məlumatına görə, 71 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançının rəqibi yaponiyalı Yuta Akiyama olub.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Sərxan Əliyev qardaşı Tayfur Əliyevdən fərqli olaraq, adını 1/4 finala yazdırıb. Onun növbəti mərhələdəki rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq.

Beləliklə, bu gün rinqə çıxan Azərbaycanın 4 boksçusundan 3-ü 1/8 final səddini adlamağı bacarıb. Noyabrın 1-də daha 2 boksçu 1/4 finala vəsiqə uğrunda döyüşə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşacaq.

22:02

Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan 24 yaşlı idmançının rəqibi Finlandiya təmsilçisi Arslan Xatayev olub.

Döyüşdən 1:4 hesablı məğlubiyyətlə ayrılan Əliyev mübarizəni dayandırıb.

19:35

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 92 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev serbiyalı Vladan Babiçlə üz-üzə gəlib.

Döyüşdən qalib ayrılan Abdullayev 1/4 finalda hindistanlı Narender Bervala rəqib olub.

18:39

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 86 kq-da mübarizə aparan idmançı rumıniyalı Pol-Andrey Aradoae ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Dominges növbəti raunda vəsiqə qazanıb. Onun 1/4 finaldakı rəqibi rusiyalı Şarapuddin Atayev olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 boksçusu - Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi