Dünya çemionatı virtual formatda olacaq

Dünya çemionatı virtual formatda olacaq Qapalı məkanda akademik avarçəkmə üzrə dünya çempionatı virtual formatda keçiriləcək.
Fərdi
175
6 May , 2020 12:19
Dünya çemionatı virtual formatda olacaq

Qapalı məkanda akademik avarçəkmə üzrə dünya çempionatı virtual formatda keçiriləcək. 

"Report" "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, turnirin bir neçə turdan ibarət və finalda "canlı virtual yarışlar"ın olacağı güman edilir. İştirakçılar real vaxtda yarışacaqlar və final 2021-ci il 27-28 fevralda olacaq. 

Yarışda "Concept2" statik simulyatorunun bütün sahibləri iştirak edə biləcəklər. Simulyator göstəriciləri ötürəcək və təşkilatçılar yarışdakı iştirakçıların nəticələrini müqayisə edəcəklər.

Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının prezidenti Jan-Kristoff Rollan qurumun ədalətli turnir keçirmək niyyətində olduğunu söyləyib. Funksioner yarışın bütün dünyadakı iştirakçılar üçün açıq olacağını bildirib. 

Qeyd edək ki, dünya çempionatının qaydaları hələ təsdiqlənməyib. 

Son xəbərlər

Orphus sistemi