Yuxarı

​Dünya birinciliyində uğur qazanan cüdoçular mükafatlandırılıb

Onlara pul mükafatı təqdim olunub

Bakı. 5 noyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyində mükafat qazanan idmançılar, onların şəxsi məşqçi-müəllimləri, milli komandanın məşqçi və texniki heyətinin nümayəndələri ilə görüş keçirilib. 

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, federasiyanın vitse-prezidenti Sadıq Sadıqov Prezident İlham Əliyevin hər zaman idman və olimpiya hərəkatının inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

O, federasiyanın prezidenti Rövnəq Abdullayevin cüdoçulara göstərdiyi diqqət və qayğıdan danışıb. Sonra tədbirdə əməkdar məşqçi Ağayar Axundzadə, milli komandanın məşqçiləri Fərhad Məmmədov, Elçin İsmayılov, uğur qazanan idmançıların şəxsi məşqçi-müəllimləri Tərlan Həsənov, Etibar Bağırov da çıxış edərək onlara göstərilən böyük etimada görə federasiyanın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda gənclər arasında dünya birinciliyinin mükafatçılarına, onların şəxsi məşqçilərinə, milli komandanın məşqçiləri və texniki heyətinə pul mükafatları təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi