Mövlud Mirəliyev: "Göygöl Olimpiya Kompleksində ciddi bir şey olmayıb"

Mövlud Mirəliyev: "Göygöl Olimpiya Kompleksində ciddi bir şey olmayıb" "Burada ciddi bir şey baş verməyib. Həmin cüdoçular olimpiya kompleksində məşqlərini davam etdirir".
Fərdi
208
26 Aprel , 2022 10:06
Mövlud Mirəliyev: Göygöl Olimpiya Kompleksində ciddi bir şey olmayıb
Mövlud Mirəliyev

"Burada ciddi bir şey baş verməyib. Həmin cüdoçular məşqlərini davam etdirir".

Bunu "Report"a açıqlamasında Göygöl Olimpiya İdman Kompleksinin direktoru Mövlud Mirəliyev 15 cüdoçunun zəhərlənməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Azərbaycanın əsas yığmasında böyük məşqçi olan mütəxəssis idmançıların durumlarının yaxşı olduğunu bildirib: "Xəstəxanada sistem vurulduqdan sonra cüdoçular məşqlərə qayıdıblar. Dünən xəstəxanaya getmişdilər, bir saata da geri döndülər. Qida Təhlükəsizliyi Agentlindən də nümayəndə gəlib, ciddi problem yoxdur. Uşaqlar məşqdə tərləyiblər, su içiblər, sonra təcili tibbi yardım çağırılıb, xəstəxanaya gedəndə məlum olub ki, problem yoxdur".

Mirəliyev həmin idmançıların 15-16 yaşlı cüdoçulardan ibarət olduğunu sözlərinə əlavə edib: "Xəstəxanada baş həkimlər dedi ki, burada zəhərlənmə yoxdur. Zəhərlənmə kimi göstərilsə də, orada belə şey olmayıb".

Qeyd edək ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfərin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat daxil olub.

Son xəbərlər

Orphus sistemi