Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub Avstriya Azərbaycanlıları Cəmiyyətinin (AAC) rəhbəri Fərid Əzizov Macarıstanın paytaxtı Budapeştdə karatenin kempo növü üzrə keçirilən 26-cı dünya çempionatında qızıl medal qazanıb.
Fərdi
7 Dekabr , 2022 01:34
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Avstriya Azərbaycanlıları Cəmiyyətinin (AAC) rəhbəri Fərid Əzizov Macarıstanın paytaxtı Budapeştdə karatenin kempo növü üzrə keçirilən 26-cı dünya çempionatında qızıl medal qazanıb.

AAC-dən "Report"a verilən məlumata görə, Birləşmiş Dünya İdman Kempo Federasiyasının (UWSKF) təşkil etdiyi yarışda bütün rəqiblərini üstələyən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

UWSKF-nın prezidenti Kyoşi Valer Pap Əzizova karatenin kempo növünə xüsusi xidmətlərinə və 30 illik peşəkar karyerasında göstərdiyi nailiyyətlərə görə 4-cü Dan qara-kəmər təqdim edim. O, beynəlxalq federasiyada 4-cü Dan qara kəmər sahibi olan yeganə azərbaycanlıdır.

Medal və kəmərin təqdimolunma mərasimində danışan Əzizov təşkilatçılara Diasporla İş üzrə Dövlət Komitəsinin adından Azərbaycan mədəniyyətini əks etdirən suvenirlər hədiyyə edib. O, qələbəni Vətən uğrunda canından keçmiş şəhidlərə həsr etdiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi