DÇ-2015: Azərbaycan güləşçiləri Olimpiadaya daha bir lisenziya əldə etdi

DÇ-2015: Azərbaycan güləşçiləri Olimpiadaya daha bir lisenziya əldə etdi Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır.
Fərdi
12 Sentyabr , 2015 02:32
DÇ-2015: Azərbaycan güləşçiləri Olimpiadaya daha bir lisenziya əldə etdi

Bakı. 12 sentyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

"Report" xəbər verir ki, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş medala yiyələnib.

Çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşir.

60 kq

1/8 final - İrina Netreba - Hafize Şahin (TUR) 11:6

1/4 final - Oksana Herhel (UKR) - İrina Netreba 5:4

Təsəlliverici görüş - B.Graham (CAN) - İrina Netreba 5:12

Bürünc medal görüşü - İrina Netreba - L.Jaynes (USA)

61 kq

1/8 final - Andrey Perpelita (MDA) - Hacı Əliyev 2:11

1/4 final - Hacı Əliyev - Masakazu Kamoi (JPN) 6:2

1/2 final - Vladimir Dubov (BUL) - Hacı Əliyev

FİNAL - Hacı Əliyev - Nomin Batbold (MGL)

86 kq

1/16 final - Halil Zubairov (MKD) - Məhəmmədhacı Xatiyev 0:10

1/8 final - Məhəmmədhacı Xatiyev - Aleksandr Villiam Dolli (İRL) 10:0

1/4 final - Armands Zvirbulis (LAT) - Məhəmmədhacı Xatiyev 1:12 (Olimpiadaya lisenziya qazandı)

1/2 final - Selim Yaşar (TUR) - Məhəmmədhacı Xatiyev 5:4

Bürünc medal görüşü - Məhəmmədhacı Xatiyev

97 kq

1/16 final - Xetaq Qazyumov - İvan Yankovski (BLR) 8:0

1/8 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov 0:5

1/4 final - Xetaq Qazyumov - Abdusalam Qadisov (RUS) 0:5

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

Son xəbərlər

Orphus sistemi