Yuxarı
    Bağlamaq

    Daxili işlər orqanları əməkdaşları arasında silahsız özünümüdafiə üzrə yarış keçirilib

    Yarışda xüsusilə fərqlənən idmançılardan beynəlxalq turnirlərə qatılacaq komandamızın heyəti müəyyənləşib

    Bakı. 12 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində silahsız özünümüdafiə üzrə daxili işlər orqanlarının əməkdaşları arasında yarış keçirilib. Yarışda 10 komandanı təmsil edən 80 idmançı gücünü sınayıb.

    "Report" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın əvvəlində çıxış edən İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftaxetdinova ölkəmizdə gənclərə, idmana göstərilən dövlət qayğısının davam etdiyini, bunun nəticəsində Azərbaycan idmançılarının idman aləmində sayılıb-seçilən, ən güclülər arasında olduğunu diqqətə çatdırıb. Bir qədər ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi oyunlarında əldə edilən uğurların da əsasında məhz dövlətimizdə idmanın inkişafı, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi üçün yaradılan şəraitin durduğunu diqqətə çatdırıb.

    Sonra yarışlara start verilib. Polis idmançıları yüksək fiiki hazırlıq, taktiki ustalıq nümayiş etdiriblər. Şəxsi birincilik yarışlarında DİN DQBİ-nin hərbi qulluqçularından Şahin Göyüşov (65 kiloqram), Alim Məmmədov (70 kiloqram), Müşfiq Hüseynov (90 kiloqram), Əlahiddə Çevik Polis Alayının təmsilçilərindən Elçin Vəliyev (75 kiloqram), Qurban Qaflanov (90 kiloqramdan yuxarı), Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından Tural Bayramov (80 kiloqram) və Fərid Mayılov (85 kiloqram) qalib gəliblər. Komanda birinciliyində Daxili Qoşunların hərbi qulluqçuları turnirin qalibi olub. Əlahiddə Çevik Polis Alayının komandası 2-ci, Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçiləri 3-cü yeri tutublar. Bu yarışda xüsusilə fərqlənən idmançılardan beynəlxalq turnirlərə qatılacaq komandamızın heyəti müəyyənləşib.

    Yarışların baş hakimi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirdi ki, idmançı əməkdaşların əksəriyyətinin göstərdiyi çeviklik, bacarıq, texniki imkanlar ürəkaçandır. Xüsusilə Polis Akademiyasının, Sumqayıt ŞPİ -nin təmsilçilərinin əksəriyyəti yüksək hazırlıq nümayiş etdiriblər.

    Yarışları polis polkovnik-leytenantı Elnur Həsənov idarə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi