"McLaren" "Renault" ilə müqaviləsi başa çatan avstraliyalı pilot Daniel Rikkardo ilə uzunmüddətli sözləşmə imzalayıb.
"Report"un "Formula 1"in rəsmi saytına istinadən məlumatına görə, Britaniya komandası həmçinin ispaniyalı sürücüsü Karlos Saynsla yollarını ayırdığını təsdiqləyib.
K.Saynsı "McLaren"də məhz D.Rikkardo əvəzləyəcək.
İspan pilotun isə "Ferrari"yə keçidi rəsmiləşib. Bir müddət öncə Sebastyan Fettellə əməkdaşlığa son qoyan İtaliya komandası K.Saynsla 2 illik müqavilə imzalayıb.
Bundan başqa, "McLaren" bu gün digər pilotu Lando Norrisin ardıcıl 3-cü il komandada qalacağını açıqlayıb.