Daha 200 rusiyalı atletin antidopinq qaydalarını pozduğu açıqlanıb

Daha 200 rusiyalı atletin antidopinq qaydalarını pozduğu açıqlanıb Onlar beynəlxalq yarışlara neytral statuslu idmançı kimi buraxıla bilərlər
Fərdi
4 Yanvar , 2017 09:44
Daha 200 rusiyalı atletin antidopinq qaydalarını pozduğu açıqlanıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (İAAF) antidopinq qaydalarının pozulmasında şübhəli bilinən 200 rusiyalı atletin adı verilib. "Report"un məlumatına görə, bu barədə İAAF-ın yaydığı press-relizdə bildirilir. 

Həmin atletlərin adlarını Ümumdünya Antidopinq Agentliyindən (WADA) Riçard Maklarenin rəhbərlik etdiyi müstəqil komissiya təqdim edib. İAAF onların beynəlxalq yarışlara neytral statuslu idmançı kimi buraxılmağa namizəd olduqlarını bildirib. 

Qeyd edək ki, 2015-ci ilin noyabrında Ümumrusiya Atletika Federasiyası İAAF sıralarından kənarlaşdırılıb. Bu, WADA-nın müstəqil komissiyasının Rusiyanı antidopinq qaydalarının çoxsaylı pozuntusunda ittiham etməsindən sonra baş verib. Bu səbəbdən, uzununa tullanan Darya Klişina istisna olmaqla, digər rusiyalı atletlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatıla bilməyiblər və artıq bir ildir beynəlxalq turnirlərdən kənarda qalırlar. 

Son xəbərlər

Orphus sistemi