Böyük Dəbilqə: Rəqibi görüşə çıxmadı, cüdoçumuz medal qazandı - YENİLƏNDİ

Böyük Dəbilqə: Rəqibi görüşə çıxmadı, cüdoçumuz medal qazandı - YENİLƏNDİ Bu gün mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub
Fərdi
26 Mart , 2021 17:44
Böyük Dəbilqə: Rəqibi görüşə çıxmadı, cüdoçumuz medal qazandı - YENİLƏNDİ
Kəramət Hüseynov

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Rusiyanı təmsil edən Konstantin Simeonidislə üz-üzə gəlməli idi.

Rəqib zədə səbəbindən tatamiyə çıxmayıb. Hüseynov bu səbəbdən qalib elan olunub.

14:46

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hüseynov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçu 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb. Hüseynov bürünc medal uğrunda Rusiyanı təmsil edən Konstantin Simeonidislə görüşəcək.

Bu gün mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub.

60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub.

Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyeva Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib.

52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi