Azərbaycan cüdoçuları Avropa çempionatında komanda hesabında birinci yeri tutub

Azərbaycan cüdoçuları Avropa çempionatında komanda hesabında birinci yeri tutub 23-25 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb.
Fərdi
25 İyun , 2022 21:53
Azərbaycan cüdoçuları Avropa çempionatında komanda hesabında birinci yeri tutub

Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi mübarizəsinə yekun vurulub.

"Report" xəbər verir ki, Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.

Çempionatın ilk günü oğlanlar arasında 50 kq çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. 55 kq çəkidə Şahin Oruczadə və 60 kq-da Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.

Yarışın ikinci günü oğlanlar arasında 66 kq çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, 73 kq çəkidə Əli Hacızadə bürünc medal qazanıb. Qızlar arasında isə 57 kq çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək komandanın aktivinə üçüncü qızıl medalı yazırıb.

Beləliklə Azərbaycan yığması fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Yeniyetmə oğlanlar millisi 2 qızıl, 4 bürünc medal qazanaraq, Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutub. Sonuncu dəfə bu komanda 2004-cü ilin qitə birinciliyində komanda hesabında qələbə əldə etmişdi.

Qeyd edək ki, qızlar millisi cəmi 4 idmançı ilə yarışlara qatılmasına baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkəni geridə qoyub və komanda hesabında 4-cü olub.

Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi