Cüdoçu Rüstəm Orucov Zaqreb "Qran-Pri"sinin qalibi olub

Cüdoçu Rüstəm Orucov Zaqreb "Qran-Pri"sinin qalibi olub ​Zaqrebdə keçirilən turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır
Fərdi
30 Sentyabr , 2017 20:51
Cüdoçu Rüstəm Orucov Zaqreb Qran-Prisinin qalibi olub
Foto: Judo.az

Bakı. 30 sentyabr. REPORT.AZ/ Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə Qran-Pri yarışı davam edir.

"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.

İdmançımız Zaqrebdə Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib. Xorvatiya Qran-Prisinin qalibi olan cüdoçumuza yarışın qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Zaqrebdə keçirilən turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi