Cüdoçu Rüstəm Orucov: "Ən güclü komandalar bizim rəqibimiz oldu"

Cüdoçu Rüstəm Orucov: "Ən güclü komandalar bizim rəqibimiz oldu" "Bütün cüdosevərləri təbrik edirəm"
Fərdi
15 May , 2017 17:49
Cüdoçu Rüstəm Orucov: Ən güclü komandalar bizim rəqibimiz oldu
Report.az

Bakı. 15 may. REPORT.AZ/ "Əlcəzair yığması ilə çətin oyun keçdi. Amma biz qələbə qazandıq. Bütün cüdosevərləri təbrik edirəm."

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdo yığmasının kapitanı Nicat Şixalizadə deyib.

Cüdoçu Rüstəm Orucov isə rəqiblərinin çox güclü olduğunu bildirib: "Ən güclü komandalar bizim rəqibimiz oldu. Buna baxmayaraq biz çempion olduq. Mənim əziklərim var idi. Ona görə uduzdum. Əgər komanda uduzsaydı təqsiri özümdə görəcəkdim".

"Cənab prezident oyunumuzu izləyirdi. Bu böyük məsuliyyət və dəstəkdir", - bunu jurnalistlərə qızıl medal qazanan Azərbaycan cüdo yığmasının digər üzvü Məmmədəli Mehdiyev deyib.

M.Mehdiyev rəqibi haqqında da danışıb: "Dünən finalda ona qalib gəlmişdim. Amma bu dəfə onunku gətirdi. Burnumda zədə var. Ona görə də burnuma toxunan kimi qanayır. Həkimlərə iki dəfə yaxınlaşdım. Əgər üçüncü dəfə də yaxınlaşsaydım oyunlardan kənarlaşdırılmalı idim".

Son xəbərlər

Orphus sistemi