Azərbaycanlı cüdoçu Qran Pri yarışında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Azərbaycanlı cüdoçu Qran Pri yarışında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb Hidayət Heydərov kosovalı Akil Qjakova ilə güləşəcək
Fərdi
8 Aprel , 2017 16:26
Azərbaycanlı cüdoçu Qran Pri yarışında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran Pri yarışı davam edir.

“Report”un məlumatına görə, 100 min dollar mükafat fonduna malik turnirin ikinci günündə Azərbaycan milli komandasının daha 3 üzvü mübarizəyə qoşulub.

Onlardan Gülsədəf Kərimova (63 kq) ilk görüşdə uduzub. Hüseyn Rəhimli (73) isə Hyunsu Parka (Cənubi Koreya) qalib gəlsə də, 1/8 finalda Rok Draksiçə (Slovakiya) yenilərək, medal əldə etmək şansını itirib.

Hidayət Heydərov (73 kq) isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. İlk görüşdə Laşa Lomidzeyə (Rusiya) qalib gəlib, 1/4 finalda Hasan Vanlıoğluna (Türkiyə) uduzan cüdoçu, təsəlliverici görüşdə Xadbatar Naranxunu (Monqolustan) üstələyib. H.Heydərov “bürünc” uğrunda kosovalı Akil Qjakova ilə güləşəcək.

Qeyd edək ki, ilk yarış günündə tatami üzərinə çıxan 7 cüdoçudan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. 52 kq çəki dərəcəsində yer alan Nəzakət Əzizova bürünc medala sahib olub.

Son xəbərlər

Orphus sistemi