Cüdo yığmamızın liderləri Böyük Dəbilqədə iştirak etməyəcək

Cüdo yığmamızın liderləri Böyük Dəbilqədə iştirak etməyəcək Hər iki idmançının kifayət qədər reytinq xalı olduğundan, zədə riskini də nəzərə alan məşqçilər heyəti onların adlarını siyahıdan çıxarıb
Fərdi
30 Yanvar , 2021 10:41
Cüdo yığmamızın liderləri Böyük Dəbilqədə iştirak etməyəcək
Elmar Babanlı

Fevralın 1-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq qadın və kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlının "Report"a verdiyi məlumata görə, ayın 11-dək davam edəcək hazırlıq prosesinə hər iki yığmanın liderləri ilə yanaşı, bəzi gənc idmançılar da qatılacaqlar.

Kişi cüdoçulardan ibarət komandada Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və digərləri yer alıblar.

Qadınlardan isə toplanışa Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və bəzi gənc cüdoçular aparılacaq. Bu komandanın lideri İrina Kindzerska (+78 kq) isə hazırlıq prosesində iştirak etməyəcək. Ukrayna əsilli cüdoçu ölkəsində fərdi məşqçisinin nəzarəti altında xüsusi proqramla çalışır.

Yeri gəlmişkən, Orucov və Kindzerska 18 - 20 fevralda İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə iştirak etməyəcək. Hər iki idmançının kifayət qədər reytinq xalı olduğundan, zədə riskini də nəzərə alan məşqçilər heyəti onların adlarını siyahıdan çıxarıb.

Qeyd edək ki, qadınlar Ədirnədə Türkiyə və Bolqarıstan, kişilər isə Antalyada Türkiyə cüdoçuları ilə birgə məşq edəcəklər.

Son xəbərlər

Orphus sistemi