Cüdo üzrə region birinciliklərinə yekun vurulub - VİDEO

Cüdo üzrə region birinciliklərinə yekun vurulub - VİDEO Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə keçirilən cüdo üzrə region birinciliklərinə yekun vurulub.
Fərdi
28 Oktyabr , 2019 11:33
Cüdo üzrə region birinciliklərinə yekun vurulub - VİDEO

Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə keçirilən cüdo üzrə region birinciliklərinə yekun vurulub. 

"Report" xəbər verir ki, ölkənin bütün bölgələrini əhatə edən yarışlarda 1500-ə yaxın yeniyetmə cüdoçu mübarizə aparıb. İlk yarış Göy Göl Olimpiya İdman Kompleksində, sonrakı birinciliklər isə Naftalan, Mingəçevir, Şamaxı, Xaçmaz və Lənkəran şəhərlərində baş tutub. Region çempionatlarınln açılış mərasimində çıxış edənlər ölkədə aparılan uğurlu idman siyasətindən danışaraq, bu kimi yarışların keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Natiqlər ACF qarşısında duran prioritet məsələlərdən biri kimi regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsinin olduğunu söyləyiblər.

Bildirilib ki, federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün hər il olduğu kimi, bu il də region yarışları keçirilməsi məqsədə uyğun hesab edilib. ACF tərəfindən təşkil edilən yarışlarda əsas məqsəd həm regionlarda cüdonun inkişafı, həm də cüdonun gələcəyi üçün yeni parlaq nəsil yetişdirməkdir.

Qeyd edək ki, yarışlar bölgələrə ezam edilmiş federasiya rəsmiləri və idman mütəxəssisləriindən ibarət peşəkar heyətlə keçirilib. Bölgə birinciliklərində yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar. Qaliblərə ACF-in diplomları, medallar və hədiyyələr təqdim edilib. 

Bölgələrdə uğur qazanan ən perespektivli yeniyetmə cüdoçular ölkə birinciliyində mübarizə aparacaqlar. 

Son xəbərlər

Orphus sistemi