Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə start verilib

Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə start verilib İki gün davam edəcək yarışda 32 klubdan 318 gənc cüdoçu medallar uğrunda mübarizə aparacaq
Fərdi
18 Yanvar , 2018 14:23
Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə start verilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində 21 yaşadək gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə start verilib.

“Report”un məlumatına görə, iki gün davam edəcək paytaxt birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günü qızlar arasında bütün çəki dərəcələrində (44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq) qaliblər müəyyənləşəcək. Oğlanların mübarizəsində isə 55 kq, 66 kq və 81 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, yanvarın 19-da Bakı şəhər açıq birinciliyində oğlanların yarışında 60 kq, 73 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində cüdoçular qüvvəsini sınayacaqlar.

Son xəbərlər

Orphus sistemi