Cüdo üzrə Bakı kəndləri birinciliyi  keçirilib

Cüdo üzrə Bakı kəndləri birinciliyi  keçirilib Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçirilib.
Fərdi
14 Aprel , 2024 21:45
Cüdo üzrə Bakı kəndləri birinciliyi  keçirilib

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçirilib.

ACF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışa paytaxt kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılıb.

Turnirdə qalib gələn idmançılara Bakı Abadlıq Xidməti tərəfindən velosipedlər təqdim olunub və bütün medalçılara pul mükafatı verilib.

Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilib. Birinciliyin təşkilində əsas məqsəd kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi