Cüdo üzrə 2018-ci il Dünya çempionatı Bakıda keçiriləcək

Cüdo üzrə 2018-ci il Dünya çempionatı Bakıda keçiriləcək Bunu İJF prezidenti bildirib
Fərdi
6 Yanvar , 2017 09:47
Cüdo üzrə 2018-ci il Dünya çempionatı Bakıda keçiriləcək

Bakı. 6 yanvar. REPORT.AZ/ 2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

"Report"un məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıda jurnalistlərə açıqlamasında deyib.

M.Vizer İJF-nin hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminarından danışıb: "Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə birgə bu cür seminar təşkil etdiyimizə görə, böyük qürur hissi keçirirəm. Seminarda 100 ölkədən 400-ə yaxın iştirakçı var. Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadələşdirmək və cəlbedici etmək, bir az dinamik idman növünə çevimək üçün bu cür addım atmışıq. Azərbaycan dövlətinə, SOCAR-ın bizimlə birgə işləməsinə görə, minnətdarlığımı bildirirəm. Azərbaycana da cüdoya köməyə görə, təşəkkür edirəm".

Qeyd edək ki, bu gündən start götürən seminar iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi