Cüdo millimiz Moskvadan gümüş medalla qayıdır

Cüdo millimiz Moskvadan gümüş medalla qayıdır Rusiyanın paytaxtı Moskvada usta cüdoçular arasında beynəlxalq turnir keçirilib.
Fərdi
16 May , 2021 00:41
Cüdo millimiz Moskvadan gümüş medalla qayıdır

Rusiyanın paytaxtı Moskvada usta cüdoçular arasında beynəlxalq turnir keçirilib.

"Report"un məlumatına görə, 15-ci dəfə təşkil olunan nüfuzlu yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistanla yanaşı, Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar.

1/8 finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoşularımız 1/4 finalda Qırğızıstana 5:0, 1/2 finalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala çıxıblar. Finalda meydan sahibləri Rusiya komandasına 2:3 hesabı ilə uduzan milli komanda beynəlxalq turnirin gümüş medalını qazanıb.

Belarus və "RROS Qvardiya" komandaları bürünc medallara sahib olublar. Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi