"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır Gənclər və İdman Nazirliyi koronavirusla bağlı vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyətini müvəqqəti dayandırıb.
Fərdi
13 Mart , 2020 18:11
Formula 1 üzrə Azərbaycan Qran-prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır
Report

Gənclər və İdman Nazirliyi koronavirusla bağlı vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə "Report"a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və "Formula 1" Azərbaycan Qran-prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi