Azərbaycan Cüdo Federasiyasının keçmiş baş katibinə beynəlxalq qurumda vəzifə verilib

Azərbaycan Cüdo Federasiyasının keçmiş baş katibinə beynəlxalq qurumda vəzifə verilib Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Assosiyasiyasının (İBSA) yeni İdarə Heyəti təsdiqlənib.
Fərdi
14 Dekabr , 2021 14:26
Azərbaycan Cüdo Federasiyasının keçmiş baş katibinə beynəlxalq qurumda vəzifə verilib
Elmar Babanlı

Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Assosiyasiyasının (İBSA) yeni İdarə Heyəti təsdiqlənib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, İBSA-da komitə rəhbəri İlqar Rəhimovun vitse-prezident seçilməsindən sonra daha bir azərbaycanlı federasiyada yer alıb.

MPK-nın cüdo idman növü üzrə nailiyyətlərini, Asiya və Avropa regionu üzrə nüfuzunu nəzərə alaraq, yeni təsdiq edilən heyətdə Avropa üzrə koordinator vəzifəsi "Neftçi" İdman Klubunun baş meneceri Elmar Babanlıya həvalə edilib.

İ.Rəhimov cüdo komitəsinin yeni tərkibinə məktubla, E.Babanlı ilə isə görüşərək uğurlar arzulayıb.

Qeyd edək ki, Elmar Babanlı 2015 - 2021-ci illərdə Azərbaycan Cüdo Federasiyasının baş katibi vəzifəsində çalışıb. Noyabrın 23-də onu Rəşad Rəsullu əvəzləyib.

Son xəbərlər

Orphus sistemi