Yuxarı
    Bağlamaq

    Azərbaycan Cüdo Federasiyası Naxçıvanda seminar keçirib

    Seminara Muxtar Respublikanın perespektivli cüdoçuları və məşqçi müəllimlər qatılıblar

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında məşqçilər və idmançılar üçün seminar keçirilib. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seminara Muxtar Respublikanın perespektivli cüdoçuları və məşqçi müəllimlər qatılıblar.

    ACF-nin baş katibinin müavini Sahib İsmayılov, "Regionlarda cüdonun inkişafı" sektorunun müdiri Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prossesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәyin lazım olduğu izah edilib. Mәşqçilәri maraqlandıran suallar cavablandırılıb.

    Sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli yanvarda Beynəlxalq Cüdo Federasiyasının Bakıda qəbul etdiyi yeni qaydaları iştirakçılara nəzəri və praktiki olaraq izah edib.

    Qeyd edək ki, artıq ənənə halını almış və bütün bölgələrdə keçirilən seminarlarda əsas məqsəd Azərbaycanda cüdonun daha da inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi