Braziliya ciu-citsusu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib - FOTO

Braziliya ciu-citsusu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib - FOTO Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Braziliya cui-citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib.
Fərdi
25 Noyabr , 2019 21:47
Braziliya ciu-citsusu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib - FOTO
Foto: "Report"

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Braziliya cui-citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. 

"Report"un məlumatına görə, yarış Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi, Gənclər və İdman Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə baş tutub. 

Yarış müxtəlif yaş qrupları, çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında olub. Turnirdə 32 klubdan 250-dən çox idmançı mübarizə aparıb. Ölkə birinciliyinin açılış mərasimində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov çıxış edərək qonaqları salamlayıb. O, 2019-cu ildə klubun keçirdiyi yerli və beynəlxalq yarışlar, həmçinin tanınmış idman ustalarının iştirakı ilə keçirilən seminarlarla bağlı yarış iştirakçılarına məlumat verib, ölkədə idmana olan münasibət, Prezident İlham Əliyevin idmana diqqət və qayğısından, həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkəmizdə populyarlaşmasından danışıb. 

Sonra çıxış üçün söz Hərbçilərin və Hüquq-Mühafizə Orqanlarının İdman Assosiyasiyasının prezidenti, FHN-in İdman-Sağlamlıq Mərkəzinin rəisi, polkovnik Füzuli Musayevə verilib. O, İdman Sağlamlıq Mərkəzinin açılışından danışaraq qısa müddət ərzində mərkəzdə bir neçə beynəlxalq yarışın keçirildiyini bildirib. Həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkədə inkişafından və bu idman növünə artan maraqdan danışıb. 

Sonra çıxış üçün söz Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova verilib. R.Abbasov Prezident İlham Əliyevin idmana xüsusi qayğı göstərdiyini vurğulayıb. DİN İdman Cəmiyyətinin baş təlimatçısı, respublikanın əməkdar məşqçisi, Kombat Ciu-Citsu üzrə beşinci dan qara kəmər sahibi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, yarışın baş hakimi Rəsul Məmmədov Ciu-Citsu döyüş sənəti haqqında məlumat verib. 

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov qonaqları salamlayıb və idmançılara müvəffəqiyyətlər arzulayıb. Açılış mərasimində həmçinin Beynəlxalq Dünya Ciu-Citsu Federasiyasının prezidenti Kan-Co Robert Hart, Bolqarıstan Respublikası Ciu-Citsu Federasiyasının prezidenti Yavor Dyankov, Rusiya Federasiyasının Moskva şəhəri üzrə Xüsusi-təyinatlı dəstəsinin beynəlxalq dərəcəli təlimatçısı İqor Zorin və digər qonaqlar iştirak edib. Polkovnik Füzuli Musayev xarici qonaqlara hədiyyələr təqdim edib və xatirə şəkilləri çəkilib. 

Tədbirin açılış mərasimində həmçinin müğənni Fuad Musayev, "Cigitlər" rəqs qrupu çıxış edib, DİN İdman Cəmiyyətinin ciu-citsu ustaları öz məharətlərini göstəriblər. Yarış müxtəlif yaş qrupları, müxtəlif çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilib. Yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizəyə qoşulub. 

Çempionatda idmançılar Braziliya ciu-citsu idman növünün Gİ və No-Gi versiyası üzrə mübarizə aparıblar. Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.

Son xəbərlər

Orphus sistemi