Çingiz Hüseynzadə: "Kəmiyyətdən çox keyfiyyətə üstünlük verəcəyik"

Çingiz Hüseynzadə: "Kəmiyyətdən çox keyfiyyətə üstünlük verəcəyik" "Lisenziyaların qazanılma prosesi davam edir. Bir neçə növdə vəsiqələr əldə edə bilərik. Əlavə lisenziyalar atletika və üzgüçülükdə, ağırlıqqaldırmada mümkündür. Eyni zamanda riatlon növündə yeni lisenziya gözləyirik Yəni, qarşıdakı müddətdə vəsiqələrin
Fərdi
25 İyun , 2021 12:52
Çingiz Hüseynzadə: Kəmiyyətdən çox keyfiyyətə üstünlük verəcəyik
Çingiz Hüseynzadə

"Lisenziyaların qazanılma prosesi davam edir. Bir neçə növdə vəsiqələr əldə edə bilərik. Əlavə lisenziyalar atletika və üzgüçülükdə, ağırlıqqaldırmada mümkündür. Eyni zamanda riatlon növündə yeni lisenziya gözləyirik. Yəni, qarşıdakı müddətdə vəsiqələrin sayı arta bilər".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O bildirib ki, Tokio-2020 əvvəlki Oyunlara bənzəməyəcək və fərqli keçəcək: "Pandemiya həm həyatımıza, həm hazırlıq prosesinə, həm də lisenziyaların sayına təsirini göstərdi. İdman həyatımızda yeganə ilk mürəkkəb şəraitdə təşkil olunacaq Oyunlardır. Olimpiadanın bir il təxirə salınması o deməkdir ki, ötənilki Oyunlara namizəd olan idmançılar artıq yoxdurlar, yaşlaşıblar və ya sıradan çıxıblar. Yaxud da ötən il getməsi mümkün olmayan idmançılar builki olimpiadaya yollana biləcəklər. Məsələn, Tokio-2020 ötən il keçirilsəydi, 60 kq və 81 kq çəkilərdə cüdoçularımız olmayacaqdı. Çünki həmin vaxt bu çəkilərdəki idmançıların reytinqləri aşağı idi. Bu il ərzində onlar reytinq xallarını yüksəldərək, olimpiadaya vəsiqə əldə etdilər. Eləcə də yaşlı idmançılarımız üçün daha çətin olacaq. Çünki fiziki formanı bir il uzatmağın nə demək olduğunu özünüz bilirsiniz".

Ç.Hüseynzadə başqa ölkələrin idmançıları barədə məlumata malik olmadıqlarını söyləyib. MOK rəsmisinin sözlərinə görə, bu, yarışların az keçirilməsi və ya bəzilərində ümumiyyətlə keçirilməməsi ilə əlaqədardır: "Məsələn, boks üzrə cəmi bir turnir oldu. Orada lisenziya qazanan idmançıların nə vəziyyətdə olmalarından xəbərimiz yox idi. Ona görə də qarşıdakı olimpiada üçün proqnoz vermək çox çətindir. Hərçənd, həmişə proqnozlar verirdim və bu, reallığa daha yaxın olurdu. Əminəm ki, Tokio-2020-də də medallarımız az olmayacaq, müxtəlif əyarlarda qazanılacaq. Çalışacağıq ki, kəmiyyətdən çox keyfiyyətə fikir verək".

MOK rəsmisi Tokio-2020-də ən azı 8 medal qazanmalarının mümkünlüyünü dilə gətirib: "7 güləşçimizin hər biri güclüdür və onların hər birindən medal gözləyirik. Həmçinin cüdoçularımızdan medal gözləyirik. Bu dəfə əsas gücümüz karateçilərdir, onlardan da medal gözləyirik. Boks, taekvondodan medal gözləyirik. Yəni, medala namizədlərimiz, güclü idmançılarımız var. Amma Rio-2016 bizə nəyi öyrətdi. Finalda 8 idmançımız çıxış etsə də, yalnız 1-i qızıl medal qazandı. Halbuki, onların hər biri qızıl medal qazana bilərdi. Medalın əyarını müəyyənləşdirmək çox çətindir. Bunlar bir anda baş verən məsələlərdir. Amma ümidvaram ki, kifayət qədər medalımız olacaq".

Son xəbərlər

Orphus sistemi