Çingiz Hüseynzadə: "Prezident olimpiada ilə bağlı qarşıya vacib məsələlər qoyub"

Çingiz Hüseynzadə: "Prezident olimpiada ilə bağlı qarşıya vacib məsələlər qoyub" Olimpiada dünyada ən böyük hadisəsidir. Ötən ilin sonunda cənab Prezident idmançılarla görüş zamanı Oyunlarda iştirakın əhəmiyyətindən danışdı. Qarşıya vacib məsələlər qoyub.
Fərdi
28 Fevral , 2020 13:05
Çingiz Hüseynzadə: Prezident olimpiada ilə bağlı qarşıya vacib məsələlər qoyub

"Olimpiada dünyada ən böyük hadisəsidir. Ötən ilin sonunda cənab Prezident idmançılarla görüş zamanı Oyunlarda iştirakın əhəmiyyətindən danışdı. Qarşıya vacib məsələlər qoyub".

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə MOK və tərəfdaşları arasında Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində deyib. 

Hüseynzadə idmanın çox geniş şəkildə təbliğ olunmasının vacibliyini vurğulayıb: "İdman yarışlarının iki dayağı var. Könüllülər və tərəfdaşlar. Onlar olmasa, təşkilatçılıq mümkün deyil. Bunu Bakıda keçirilən böyük yarışlarda da gördük. Tərəfdaşlarımız hər zaman bizim yanımızda olublar".

Qeyd edək ki, Yaponiya paytaxtında XXXII Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda, XV Yay Paralimpiya Oyunları 25 avqust - 6 sentyabrda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi