Çingiz Hüseynzadə: "Olimpiadada hansısa ölkə üçün limit yoxdur"

Çingiz Hüseynzadə: "Olimpiadada hansısa ölkə üçün limit yoxdur" Üç təkanla tullanma növündə Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Digər idmançılarımızın da lisenziya şansları yüksəkdir.
Fərdi
4 Mart , 2020 14:44
Çingiz Hüseynzadə: Olimpiadada hansısa ölkə üçün limit yoxdur

"Üç təkanla tullanma növündə Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Digər idmançılarımızın da lisenziya şansları yüksəkdir".

"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib.

O, üç təkanla tullanmada Aleksis Kopellonun da şanslarını yüksək qiymətləndirib: "Kopello dünya reytinqində 7-ci sıradadır. Reytinqə görə də vəsiqə qazananlar olacaq. Onun da olimpiadada olacağına şübhə etmirəm. Reytinq yarışları iyul ayına qədər davam edəcək. Bu növdə qadın təmsilçimiz Yekaterina Sarıyeva da lisenziya üçün çalışacaq. Olimpiadada hansısa ölkə üçün limit yoxdur. Normativi yerinə yetirdisə, lisenziya əldə edir".

Hüseynzadə Nazim Babayevin Tokio olimpiadasında medal qazanma ehtimalı barədə də danışıb: "Atletika elə idman növüdür ki, orada əvvəlcədən müəyyənləşdirmək çətindir. Çünki güləşdə və cüdoda idmançının rəqibi insandır. O insandan ya güclüsən, ya da zəif. Atletikada sənin rəqibin məsafədir, sürətdir. Medal barədə danışmaq çox çətindir. Çünki küləkli və yağışlı havalarda nəticələr fərqli olur. Nazimin medal qazanması ilə bağlı indidən heç nə demək olmur".

Son xəbərlər

Orphus sistemi