Çingiz Hüseynzadə: "Hər federasiyaya bir nəfər cavabdehlik daşıyacaq"

Çingiz Hüseynzadə: "Hər federasiyaya bir nəfər cavabdehlik daşıyacaq" "Artıq cənab Prezident qərar qəbul edib ki, bir nəfər yalnız bir federasiyaya cavabdehlik daşısın. Yəni, hər federasiyaya bir nəfər prinsipi olsun".
Fərdi
2 Dekabr , 2021 16:35
Çingiz Hüseynzadə: Hər federasiyaya bir nəfər cavabdehlik daşıyacaq

"Artıq cənab Prezident qərar qəbul edib ki, bir nəfər yalnız bir federasiyaya cavabdehlik daşısın. Yəni hər federasiyaya bir nəfər prinsipi olsun".

"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Ç.Hüseynzadə bildirib ki, Prezident İlham Əliyevin federasiyaların fəaliyyətindən narazılığı göstərilən nəticələrdən irəli gəlir: "Federasiyanın işi onun nəticələri ilə müəyyənləşir. Bu, Yay Olimpiya Oyunlarında və digər dünya səviyyəli yarışlarda da hiss olunur".

MOK rəsmisinin fikrincə, digər sahələrdə olduğu kimi, federasiyalarda da dəyişiklik lazımdır: "Rotasiya, cavanlaşma getməlidir. Bu, ölkədə baş verən ümumi prosesdir. Federasiyalarda bu istiqamətdə işlər gedir. Artıq bir neçəsində rəhbərlik dəyişib. Bəziləri artıq təsdiqlənib. Gözləyək, görək bir ildən sonra vəziyyət necə olacaq".

Son xəbərlər

Orphus sistemi